Azərbaycan ədəbiyyatının ən yaxın dostu da zəlzələdə ailəsi ilə birgə həlak oldu
"İstedadlı gənc yazar, Azərbaycanı ürəkdən sevən, Azərbaycan
yazıçılarının əsərlərini Türkiyə türkcəsinə uyğunlaşdıran peşəkar
tərcüməçi Abdulkadir Özkan zəlzələdə vəfat edib”.Qlobal.net xəbər verir ki, bu barədə teatrşünas Anar Bürcəliyev məlumat yayıb.
O bildirib ki, Kahramanmaraşda baş verən zəlzələdə Abdulkadir Özkan
ailə üzvləri lə birgə həlak olub: "Abdulkadir Özkan Azərbaycan
ədəbiyyatının ən yaxın dostu kimi xatirələrdə yaşayacaq”.