çingiz

Azərbaycan dilində oxuyan uşaqların səviyyəsini qaldırın - Çingiz Abdullayev

"100 faiz bağlansın! Rus, fransız, türk və ingilis dilində təhsil - hamısı bağlansın! Türk də bağlansın! Yalnız Azərbaycan dili qalsın! Axmaqlığın da bir dərəcəsi olmalıdır... Hər dəfə qəsdən bu mövzunu açırlar. Qutarın da bu məsələni. Kim istəyir oxusun, kim istəmir oxumasın. Nə məsələdir ki, bu məsələni qəsdən hər dəfə qaldırırlar? Əgər pisdirsə, nəyə görə, bu qədər uşağı rus sektoruna qoyublar. Hamısı xəyanətdir. Hamısı xəyanət edib! Bəsdir, camaatı özümüzə güldürməyək”.

Qlobal.net xəbər verir ki, bunu yazıçı Çingiz Abdullayev Kulis.az-a açıqlamasında deyib.

Rus dilində təhsilin dayandırılması ilə bağlı təkliflərə Xalq yazıçısı reaksiyasını belə davam etdirib:

“Azərbaycan dilində oxuyan uşaqların səviyyəsini qaldırmaq lazımdır. Siz axı özünüz də rus sektorunda oxumusunuz. Siz “tafotu” yaxşı görürsüz. “Tafot” var axı. “Tafot” var. Ona görə nə edirsizsə edin, Azərbaycan dilində oxuyan uşaqların səviyyəsini qaldırın. Mən nəyə görə hər yerdə Azərbaycan dilində danışıram, çıxış edirəm. Mən istəyirəm ki, bizim uşaqlarımız kitabları Azərbaycan dilində oxusunlar. Onlar öyrəşsinlər, bilsinlər ki, dünya necə genişdir. Hər şey belədir. Amma təəssüflər olsun ki, indiyəcən minlərlə adam dava edib ki, uşaqlarımız rus sektorunda oxusun. Bu həqiqətdir. Yalandan desək ki, bu belə deyil, düz olmaz. Bu həqiqətdir. Azərbaycanda minlərlə valideyn övladını rus bölməsinə qoymaq üçün dava edir. Heç kəs dava etmir ki, uşaqlarımı verim Azərbaycan sektoruna. Özləri bilmir, amma övladını rusca oxutmaq istəyir".

20.02.2025 17:45
show 385