651fab09b3172202310233657
Azərbaycan bu ərazilərini də nəzarətə götürür - Fransa mane ola bilmədi

Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamə 473 səslə qəbul edilib. Məlum olduğu kimi Avropa Parlamenti Qətnamə ilə Aİ-yə üzv olan ölkələri Azərbaycana qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb. Bundan başqa sənəddə Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və Azərbaycan qazının idxalından asılılığın azaldılması çağırışı yer öz əksini tapır.

Hesab edirəm Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə narahatlıq doğrumamalıdır. Məsələ ondadır ki, bu qətnamə məsləhət xarakterlidir və heç bir hüququ qüvvəyə malik deyil. İstisna deyil ki, Avropa dövlətlərinin əksəriyyəti bu qətnaməni ciddiyə almayacaq. Çünki nə Azərbaycan 15-20 il əvvəlin Azərbaycanıdır, nə də onun bu gün dünya siyasi arenasındakı yeri o yerdir. Bu gün Azərbaycan Avropa və dünyada günü-gündən güclənən, iqtisadi, eləcə də siyasi cəhətdən özünə xüsysu tyer etməyi bacaran, nüfuzunu artıran bir dövlətdir. O səbəbdən də Azərbaycanla əməkdaşlığın yenidən qiymətləndirilməsi və rəsmi Bakıdan qaz idxalından asılılığın azaldılması çağırışının icrası real görünmür.

Bunun bir çox səbəbləri var:

- Ən böyük səbəblərindən biri Aİ-yə daxil olan dövlətlərin bir çoxu artıq Azərbaycanın yaratrdığı geosiyasi reallığı qəbul edir, mövcud vəziyyətin beynəlxalq hüquqla heç bir ziddiyət təşkil etmədiyini yaxşı anlayır.

- Təbii qaza, enerjiyə olan ehtiyaclar da Avropanın bir çox ölkələrində çox ciddi hiss edilə bilər. Məhz bu amil onların qaza olan ehtiyaclarının Azərbaycan tərəfindən qarşılanması məsələsini aktuallaşdırır.

Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi davam edir və Avropa ölkələri Moskvadan qaz asılılığına son vermək üçün alternativ ölkələrə üz tutub, bu amil də xüsusilə rəsmi Bakının əlini gücləndirmiş sayılır. Qarşıdan qış aylarının da gəldiyini nəzərə alsaq Avropa ölkələri nəinki Azərbaycandan qaz idxalını dayandırmayacaq, əksinə bu sahədə əməkdaşlığı daha genişləndirmək barədə düşünə bilər.

Fransanın fitvası ilə Azərbaycan əleyhinə qəbul edilən Avropa Parlamentindəki bu qətnamə isə sadəcə kağız parçasından başqa bir şey olmayacaq. Artıq təcrübəmizdə bizə qarşı belə oxşar "Qətnamələr" bir neçə dəfə olub. Avropa Parlamentinin bu qətnaməsi də heç bir hüququ qüvvəyə malik deyil. Avropa dövlətlərinin əksəriyyəti bu qətnaməyə məhəl qoymadan Azərbaycanla tərəfdaşlıqlarını davam etdirəcək, bəzi sahələrdə isə genişləndirməyə çalışacaqlar. Bu qətnamənin məqsədi sadəcə erməniləri daha da qcıqlandırıb, Azərbaycana qarşı kin-nifrət ritorikasını pik həddə çatdırmaqdır. Məhz bu amilin üzərindən Fransa və onun liderlik etdiyi təsisatlar bölgəyə daxil olub, mövcudluğunu rəsmiləşdirməyə can atır.

Lakin istisna edilmir ki, zaman keçəcək AP-nin bu qətnaməsi də o biri sənədlər kimi unudulacaq və Avropa ölkələri qışda donmamaq üçün Azərbaycandan daha çox qaz istəyəcəklər. Önəmli olan Qarabağ məsələsini birdəfəlik bitirmək idi, onun da öhdəsindən gəldik, qalan məsələlər zamanla həllini tapacaq. Necə ki, artıq bu istiqamətdə çox önəmli hadisələrin şahidiyik. Ötən gün Qranadada Ermənistan baş nazirinin Azərbaycanın Qarabağ, Naxçıvanın Kərki və Qazaxın 7 kəndi də daxil 86.6 min km/kv ərazisini tanıması ilə bağlı Bəyannaməyə qol çəkməsi isə yaxın gələcəkdə bizi yenidən xoş xəbərlərin gözlədiyini düşünməyə əsaslar yaradır.

Təhməz Əsədov
TREND

06.10.2023 10:36
1095