Azər vəfat etdi – VİDEO/FOTOLAR (YENİLƏNDİ)

Azər vəfat etdi – VİDEO/FOTOLAR (YENİLƏNDİ)

Bir neçə gündür vəziyyəti ağır olan Azər Baxşəliyev vəfat edib.

OLAY-ın məlumatına görə, aktyor komadan ayılmayıb.  Evinə aparılan sənətçi süni nəfəs aparatından ayrılıb. 

Bu barədə xəbəri onun dostu İlkin Həsəni təsdiqləyib:

“Hər zaman ölüm xəbərini ilk verən insanlardan zəhləm gedib. Bu dəfə elə özümdən də zəhləm gedir. Son 3 gün ərzində möcüzənin olacağına inananlar, gözləyənlər, dua edənlər, donor olmaq İstəyənlər, möcüzə olmadı. Dualarımız dayandı, ümidimiz söndü. Azər, həyat mübarizəsini dayandırdı və əbədi olaraq gözlərini yumdu. Rahat yat, dostum”.

Qeyd edək ki, Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. O, xüsusilə “Bozbash Pictures” layihəsində canlandırdığı “Ağsaqqal” və “Əzəmət” obrazları ilə tanınıb. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirən Azər bir çox televiziyada çalışıb. Onun sonuncu iş yeri Xəzər TV olub.

Sənətçi rəssam Nigar Baxşəliyeva ilə evli idi. Onların Züleyxa adlı bir qızı var.

whatsapp image 2025 01 05 at 09 54 57 1whatsapp image 2025 01 05 at 09 54 56whatsapp image 2025 01 05 at 09 54 56 1jpg 2025 01 04t131249 298jpg 2025 01 04t131148 682jpg 2025 01 04t131113 345jpg 2025 01 04t130458 666

***

Aktyor Azər Baxşəliyev xəstəxanadan evə gətirilib.

OLAY-ın əldə etdiyi məlumata görə, o, evində süni nəfəs aparatından ayrılacaq.

Related Articles

Leave a Reply

Back to top button