677aca3f2eb1f202501250655

AZAL-ın təyyarəsinin “qara qutu”ları DEŞİFRƏ OLUNDU

Braziliya Hərbi Hava Qüvvələrinin Təyyarə Qəzalarının Araşdırılması və Təhlil Mərkəzi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin “qara qutu”larının deşifrəsini başa çatdırıb. 

Qlobal.net xəbər verir ki, bu barədə Braziliyanın “G1” portalı məlumat yayıb.

“İki qeyd cihazından məlumatların çıxarılması, toplanması və yoxlanılması başa çatıb”, - məlumatda qeyd olunub. 

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb. (sfera.az)

07.01.2025 08:13
show 605