676ea85809fda202412241504

AZAL-ın təyyarəsinin “qara qutu“ları barədə Braziliya məlumat yaydı

Braziliyanın Aeronavtika Komandanlığının texniki mütəxəssisləri Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin "qara qutuları"nın deşifrə olunmasına başlayıblar.

Qlobal.net xəbər verir ki, bu barədə Braziliyanın G1 portalı məlumat yayıb.

"Qara qutu"lardan əldə edilən məlumatlar Qazaxıstan Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək. Məlumatların deşifrə olunmasında Qazaxıstandan olan 3 müstəntiq, o cümlədən Azərbaycan və Rusiyadan olan nümayəndələr iştirak edirlər. 

Xatırladaq ki, "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190" təyyarəsində 62 sərnişin və 5 ekipaj üzvü - ümumilikdə 67 nəfər olub. Təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb. (yenisabah.az)

04.01.2025 12:43
show 204