Çeçenistanın lideri Ramzan Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutan qardaşı oğlu Həmzəti “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.
Dekabrın 25-də səhər saatlarında Həmzət Kadırov sosial şəbəkələrdə məlumat verib ki, Çeçenistana hücum edən bütün PUA-lar vurulub.
Çeçenistan Təhlükəsizlik Şurasının katibi belə yazıb: “Dronların hansısa obyekti vurması barədə məlumat doğru deyil, hər şey vurulub!”.
Elə həmin gün Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğradığı məlum olub. (lent.az)