Qazaxıstanda AZAL-ın sərnişinlərini xilas edənlər dövlət mükafatlarına layiq görülüblər.
Qlobal.net xəbər verir ki, qəzaya uğrayan AZAL-a məxsus təyyarənin sərnişinlərinin xilas edilməsində iştirakına görə Qazaxıstanda bir qrup şəxs - Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları dövlət mükafatlarına layiq görülüblər.
Bu barədə Manqistau vilayəti administrasiyası məlumat yayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamına əsasən, 19 nəfər dövlət mükafatına layiq görülüb, 51 nəfərə dövlət başçısının təşəkkür məktubu təqdim edilib. (musavat.com)