676bbf4d26b48202412241613

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı detallar - 11 dəqiqə tez yola düşübmüş

 “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb.

Qlobal.net xəbər verir ki, Aktaudan yaxın bir yerdə qəzaya uğramış hava gəmisinin Embraer ERJ-190 qısa və orta məsafəli marşrutlar üçün geniş istifadə olunan iki mühərrikli reaktiv təyyarə olduğu bildirilib.

Təyyarələr Braziliya şirkəti tərəfindən istehsal olunur. ERJ-190 (E190) modeli sərnişin salonunun konfiqurasiyasına görə 96-dan 114-ə qədər sərnişin daşımağa imkan verir. Bu təyyarələr 4500 kilometrə qədər məsafə qət edə bilər.

Flightaware məlumatlarına görə, hava gəmisi planlaşdırılmış vaxtdan 11 dəqiqə əvvəl havaya qalxıb. Xəzər dənizinin üzərindəki sərnişin uçuş hündürlüyündə təyyarə "təcili vəziyyət" (emergency squawk 7700) siqnalı verib.

Murad
Qlobal.net

25.12.2024 12:20
show 1165