29.04.2021
22:27
120

Azad Rəhimov Bakıya gətirildi – Süni nəfəs aparatına qoşulub

Loading...

Bir müddətdir ABŞ-da müalicə alan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıya gətirilib.

56 yaşlı nazir paytaxtda özəl xəstəxanalardan birinə yerləşdirilib. Koma vəziyyətində olan Azad Rəhimov süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir, yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.

qafqazinfo.az

Loading...