65428bfeb75e8202311233350
"Az, mikrofonu təpənə çırparam" — Xoşqədəmin verilişində dava düşdü (VİDEO)

ARB kanalında yayımlanan "Səni axtarıram" verilişinin canlı efirində dava düşüb. 

Verilişə gələn Ruhiyyə adlı qadınla ekspert qismində verilişdə əyləşən yazıçı  Elnurə  Abdullayeva arasında dava düşüb.

Buna səbəb isə uşaqlarını axtarmaq üçün efirə gələn qadının ekspert tərəfindən geyiminə görə tənqid və daha sonra təhqir olunması olub.

Bu zaman zalda əyləşən digər tamaşaçılar da ekspertə qarşı çıxıb.

Bu zaman studiyada olan gərginlik daha da artıb. Veriliş efirə bir neçə dəqiqəlik səssiz olaraq yayımlanıb.

Verilişin eksperti şikayətçi qadına "mikrofonu alıb təpənə çırparam",-deyərək onu təhqir edib.

Daha sonra ekspert iştirakçıya "az,sən kimsən" deyərək üzərinə hücum çəkib. 

Daha ətraflı videonu təqdim edirik:

 

01.11.2023 21:33
show 10018