661f82fa7c3c3202404240618
Aytənin qabırğaları qırılıb - Ərindən AÇIQLAMA

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovada xəbər var. 

Jurnalistin həyat yoldaşı OLAY-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:

"Səhhəti belə də. Qabırğaları qırılıb".

***

"Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır".

Bu barədə TƏBİB-dən bildirilib.

Xatırladaq ki, Aytən Səfərova səhər saatlarında Zığ şosesində, Gənclik parkının yaxınlığında qəzaya düşüb. Belə ki, aparıcının idarə etdiyi "Hyundai" markalı avtomobil digər minik avtomobili ilə toqquşub. O, müxtəlif dərəcəli xəsarətlər alıb.

Zərbənin təsiri nəticəsində avtomobillərdən biri aşıb və qarşıda dayanan "KİA Soul" markalı avtomobilə çırpılıb. Xəsarət alanlar var.


17.04.2024 12:05
show 1185