661f726229383202404245530
Aytənin düşdüyü qəzada ölən Ayxanın YENİ GÖRÜNTÜLƏRİ - VİDEO

Məşhur aparıcı Aytən Səfərovanın düşdüyü qəza zamanı dünyasını dəyişən gəncin yeni video görüntüləri yayılıb.

Qlobal.net xəbər verir ki, yayılan məlumatlara görə, qəzada ölən 2005-ci il təvəllüdlü Ayxan Əliyev Qida və Sənaye kollecində oxuyurdu. 
Qeyd edək ki, Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.
Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.  

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Videonu təqdim edirik:


18.04.2024 17:53
604