661fd87f50e2d202404241111
Aytən Səfərovadan xəbər var: Ötən həftə...

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. 

Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub. 

Hadisə nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.  

Baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır.

29.04.2024 10:45
show 745