6565cc1f2a8bb202311231647
Aytən Səfərova: “Xala və bibilər “Bi şey-mi şey var?” deyərək..." - VİDEO

"Toy olur və 3 gündən sonra gəlin üzə çıxır. Xalalardan və bibilərdən biri gəlinə sual verir ki, ""Bi şey-mi şey" var?" (hamilə qalmaq nəzərdə tutur - red.) Hamının ətrafında gəlinə bu sualı verəcək bir qohumu var". 

Qlobal.net bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində deyib. 

Aytən yenicə ailə quran gəlinlərin xala və bibilər tərəfindən hamilə qalması ilə bağlı təzyiqlərə məruz qaldığını bildirib:  "O sualı verən xala və bibi üçün fərqi yoxdur, necə yaşayırsan, kimə ərə getmisən və ya cehizində nələr çatmır. Ona ən çox lazımdır, sual verib öyrənsin ki, ""Bi şey-mi şey" var, yoxsa yoxdur?" Onlar daha sonra gəlinin anasına sual verirlər ki, "Sənin qızında ""Bi şey-mi şey" var?" İki ay keçir və artıq qayınanaya başlanılır psixoloji təzyiq.
Bir ildən sonra fizioloji olaraq bu, normaldır, yəni "Bi şey-mi şey" olmaya bilər. 3-4 ay keçməmiş cavan və yeni ailə qurmuş qızı, gəlini daşıyırlar (aparırlar - red.) xəstəxanalara. Bəlkə də artıq alınacaqdı (hamilə qalmaq nəzərdə tutur - red.). "Bi şey-mi şey"in prosesi başlayacaqdı. Amma həkimə aparıb iynə vurdurub, dərman içizdirirlər". 

28.11.2023 15:14
show 627