Aysunun keçmiş əri evlənir: Yeni sevgilisini üzə çıxardı - VİDEO
Bir müddət öncə müğənni Rəqsanə İsmayılovanın qızı Aysundan boşanan Eşqin Cəlilov yeni münasibətə başlayıb.
Qlobal.net xəbər verir ki, bu barədə özü məlumat yayıb.
Bundan
əvvəl əlində şərab qədəhi, həzin musiqi sədaları altında görüntülərini
paylaşan Cəlilovun müzakirələrə səbəb olmuşdu. Onun paylaşımına "Daş
kimi qızsan, ancaq domino daşı. Əldən-ələ keçirsən..." - şərhi yazması
hər kəsi çaş-baş salmış, keçmiş xanımı üçün darıxması söz-söhbəti
doğurmuşdu.
Daha sonra E.Cəlilov sözügedən paylaşımını silərək, həyatında yeni adamın olduğunu açıqlayıb: "Hər
birinizdən xahiş edirəm ki, keçmiş həyatımla bağlı yazmayasınız. Bu
söhbət bitib. Allah hər kəsi xoşbəxt eləsin! Mənim hansısa paylaşımım
keçmiş həyatıma aid deyil. Açıq deyirəm, xahiş edirəm, bu mövzunu
unudaq. Çünki həyatımda insan var və mən xoşbəxtəm!"