aysun

Aysun ikinci həyat yoldaşından da boşanır: əri təsdiqlədi - FOTO (YENİLƏNDİ)

Müğənni Aysun İsmayılova tanınmış vəkil olan həyat yoldaşı ilə qarşılıqlı boşanmağa qərar veriblər.

Lent.az-ın əldə etdiyi məlumata görə, tərəflər arasında bununla bağlı razılıq əldə olunub. 

Xəbəri dəqiqləşdirmək üçün müğənninin vəkil həyat yoldaşı 30 saylı Vəkil Bürosunun rəhbəri Ramil Vəliyevlə əlaqə saxladıq.

R. Vəliyev Lent.az-a faktı təsdiqlədi:

"Bəli xəbər doğrudur. Həyatda bəzən elə şeylər olur ki, çətin də olsa qərar verməli olursan. Boşanma səbəbi mənim kobud və soyuq xarakterdə olmağımdı. Artıq hər ikimiz nikahın pozulması üçün iddia qaldırmaq  üçün mediasiya təşkilatına müraciət etmişik.

Qeyd edək ki, cütlüklər 2 il öncə ailə qurmuşdular və onların Sevgi adlı qız övladı var.

***

Müğənni Aysun İsmayılovanın vəkil həyat yoldaşı Ramil Vəliyev paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, o, sosial şəbəkə hesabında müzakirə yaradan fikirlər yazıb. 

“Heç kimə başqalarının şəxsi həyatı maraqlı olmamalıdı. Kim ayrıldı, kim boşandı. Hər şeyin əvvəli kimi, sonu da var. Ağıllı-ağıllı şərh və ya mesaj yazıb, mülahizə irəli sürməyin, səbəb axtarmayın. Sadəcə xarakter, xasiyyət fərqi...”, - deyə, R. Vəliyev bildirib. 

Bu statusdan “Rəngarəng”də xəbər tutan A. İsmayılova studiyanı tərk edib. 


23.01.2025 13:21
show 920