rəqsanə

“Aysun ev uşağı olsaydı…”: Sərxan Kərəmoğlu Rəqsanədən nələr dedi - VİDEO

Sərxan Kərəmoğluyla müğənni Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanovla aralarında qalmaqal yaşanıb.
Qlobal.net xəbər verir ki, sosial şəbəkə hesabında qalmaqala səbəb olan müsahibəsini paylaşan Sərxan Rəqsanənin qızı Aysunla bağlı iddialar irəli sürüb.

“Bu müharibənin səbəbi bu müsahibədir. Əgər Aysun ev uşağı olsaydı, ki, onu heç kim tanımasaydı, onun haqqında da kimsə sual verməzdi mənə. Mənim nə cürətim olar ki, kiminsə ailəsini müzakirə edim. Aysun bu cameədə tanınan bir adamdır. Əgər müzakirə olunmasını istəmirdisə, onun toyundan kiminsə xəbəri olmazdı və toy qapalı keçərdi. Mən kiminsə xətrinə belə dəyəcək adam deyiləm o da qaldı ki, Aysun ola. Aysundan üzürxaqlıq edirəm, əgər onun qəlbinə dəymişəmsə. Amma ki, Rəqsanə və Fazil müharibəmiz yerindədir”.

Xatırladaq ki, Sərxan Kərəmoğlu “MTV maqazin”ə Rəqsanənin qızı haqda “Bu evliliyə inanmadım. Aysunun yanındakı bəyə inanmadım. Bilmirəm kim kimin oyununa gəlib, amma başdan ayağa oyun idi. Bu oyuna inanan da axmaq idi” – deyə bildirmişdi. Tərəflər arasında mübahisə bu açıqlamaya görə yaranıb.

Qalmaqala səbəb olan həmin görüntüləri təqdim edirik:

Bununla yanaşı aparıcı Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanovun ona göndərdiyi səs yazısını paylaşıb.

Belə ki, səs yazısında iş adamı Fazil Əmiraslanov aparıcıya söyüş söyərək onu təhqir edib: “Əmiraslanov Fazil İsmayıl oğlunun mənə göndərdiyi səs yazısını paylaşıram. Xanımlar, qurban olum sizə, baxmayın. Çünki mən sübut edə bilmirəm. Ümumiyyətlə, bu söhbətdə mənə dəstək olan, bu söhbətin yığışdırılmasında yanımda olan insanlara dərin təşəkkürümü bildirirəm. Bütün xanımlardan, analarımdan, bacılarımdan, qızlarımdan acizanə surətdə xahiş edirəm. Üzüm ayağınızın altına, məni düzgün başa düşün. Heç kimə heç nəyi sübut edə bilmirəm.

Bu kişi hamıya deyir ki, Sərxan məni söyüb. Həmin o söyüşlərimi çıxartsın, qoysun ortaya. İndi mən onun söyüşlərini sizə təqdim edirəm. Xanımlar, sizə yalvarıram, baxmayın. Qoyun, aidiyyəti olan insanlar baxsınlar. Çünki mən sübut edə bilmirəm. Hamıya onun səsini göndərəsi deyiləm. Allah sizdən razı olsun”.

Qeyd edək ki, Fazil Əmiraslanovla Sərxan Kərəmoğlu arasında qalmaqala səbəb aparıcının Aysun İsmayılovanın evliliyinin oyun adlandırması olub.

Sərxanın yayımladığı videoda qeyri-etik ifadələr, söyüşlər olduğu üçün səs yazısını təqdim edə bilmirik.

18.10.2022 12:32
show 3012