647486fae0538202305230530
Aysun Eşqin barədə: "Ona ehtiyacım yoxdur"

Müğənni Aysun İsmayılova keçmiş həyat yoldaşı, iş adamı Eşqin Cəlilovdan danışıb.

Qlobal.net Teleqraf.com-a istinadən xəbər verir ki, Aysun İsmayılova İnstaqramda sosial şəbəkə istifadəçisinin "Ayıbdır, sanki acıx verirsiniz. Pis, yaxşı həyat yoldaşınız olub" şərhinə "Mən öz iş-gücümdəyəm. Fikir verirsinizsə, ümumiyyətlə, bu haqda danışmamışam və danışmayacam. Ailə ilə gündəmə gəlmək kimə lazımdırsa, o danışır. Mənim ona ehtiyacım yoxdur. Belə də başıma gələnlər, məni qınayanların başına gəlsin", - deyə cavab verib.
Qeyd edək ki, yaxın günlərdə Aysun İsmayılovanın şikayəti əsasında Eşqin Cəlilov 30 sutka inizbati qaydada həbs olunmuşdu.

29.05.2023 15:05
show 324