649966ec1aaf9202306232236
Aysel Teymurzadə həyat yoldaşının görüntülərini paylaşdı - VİDEO
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə şəxsi həyatı ilə gündəmə gəlib. 
Qlobal.net
xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında özü və həyat yoldaşı, Murad Adıgözəlzadənin görüntülərini paylaşıb.
Video məzun gecələrindən birində lentə alınıb. Görüntülərdə Adıgözəlzadənin Ayselin "Always" mahnısına rəqs etdiyi kadrlar əks olunub. Qeyd edək ki, Aysel Teymurzadə 2012-ci ildə Xalq artisti, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı qurub. Onların bu evlilikdən 3 övladı var.
26.06.2023 14:21
show 2228