64b8ba9181345202307233945
Aynurdan Niyama: “Mənə qalmaqal lazım olsaydı, əlimdəki səs yazışmalarını yayardım” - VİDEO

"Həmkarlarımla dava etməyi sevmirəm. Dost dediyim insan haqqında pis danışa bilmərəm. Çünki özüm də bu sahədəyəm. Hər kəsin öz düşüncəsi, qabiliyyəti var". 

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu "Səhərin səsi" verilişində keçmiş duet ortağı, hazırda isə düşmənə çevrilən Niyam Salami haqqında deyib.

Aynur bildirib ki, Niyam onun haqda xoşagəlməz sözlər danışsa da, o, eyni addımı ona qarşı atmağı düşünmür: 

"Niyam dostum, canımdır. Onun qabiliyyəti, qanacağı ora qədərdir. Ona nələrsə deyib, tövsiyə etməyəcəyəm. Niyamın az yaşı yoxdur. O, öz səviyyəsində, mən də öz səviyyəmdə danışıram. Mənim xanımlığım, şəxsiyyətim var. Özüm-özümə dəyər verdiyim üçün heç zaman dost haqqında artıq söz demərəm. Niyam əgər məndən uzaq durursa, məcbur onu danışdıra bilmərəm. Danışmırsa mənimlə, danışmasın. Özü bilər. Deyim ki, Niyamla aramızda "müsibət" sözümüz olub və bir-birimizə hansısa artıq sözlər demişik, xeyr! Niyam haqqımda hansısa aqressiv və xoşagəlməz sözlər deyə bilər. Hərənin öz tərbiyəsi var. Əgər bir insana dost deyib, çörək kəsirsənsə, necə onun haqda pis söz deyə bilərsən? Bəs zamanında mənə dost deyirdin? Mənə gündəm və qalmaqal lazım olsaydı, telefonumdakı səs yazmalarını çıxarardım ortalığa. Mənə belə şeylər yox, sənətim, xanımlığım lazımdır. 

Qeyd edək ki, Aynur Dadaşova ilə Niyam Salaminin dostluqlarının bitməsinə səbəb xanım müğənninin həmkarına düşmən kəsilən şəxslərlə restoran açması olub.


20.07.2023 08:38
show 1063