Müğənni Aynur Dadaşova yeni görüntüləri ilə gündəmə gəlib.
Qlobal.net xəbər verir ki, sənətçinin sosial şəbəkələrdə rəqs etdiyini əks etdirən video yayılıb. Görüntülərdə Dadaşovanın küçədə xadimə ilə rəqs etdiyi anlar yer alıb.
Sənətçi türkiyəli həmkarı Davut Güloğlunun sevilən mahnısı "Nurcanım"ın sədaları altında rəqs etdikdən sonra avtomobilinə minərək həmin ərazidən uzaqlaşıb.İfaçının əyləncəli görüntüləri bir çox sosial platformalarda yayılaraq müzakirələrə səbəb olub. İstifadəçilərin bəziləri Dadaşovanın bu addımını təqdirəlayiq hesab etsə də, onların böyük bir qismi sənətçinin özünü reklam etdiyini deyib.
Onu da bildirək ki, Aynur Dadaşova bir dönəm həmkarı Niyam Salami ilə eşq yaşadığı xəbərləri ilə gündəmə gəlirdi. (baku.vs)