656715bdda2bd202311234309
Aynur Dadaşova Kənan M.M-ə görə efiri tərk etdi - VİDEO

ATV telekanlında yayımlanan "Rəngarəng" verilişində gərgin anlar yaşanıb.

Qlobal.net xəbər verir ki proqrama qatılan müğənni Aynur Dadaşova mahnılarından birini səsləndirib. Bu zaman efirə qonaq olan aktyor və rejissor Kənan M.M sənətçinin ifası barədə "Elə bildim toydayam" sözlərini söyləyib.

Dadaşova onun bu sözlərindən inciyərək efiri tərk edib.

Bu zaman aparıcılar Aysel Novruzova ilə Zaur Nəbioğluu Kənana müğənnini efirə gətirməsini xahiş ediblər.

Kənan M.M heç bir səhv hərəkət etmədiyini və əvvəlki fikrində qaldığını bildirib.

Ətraflı videoda:


 

29.11.2023 14:42
show 836