aynur
Aynur Dadaşova əməliyyat olunacaq

Müğənni Aynur Dadaşova əməliyyat olunacaq.

Qlobal.net Axşam.az-a istinadla xəbər verir ki, sənətçi burun sümüklərində yaşadığı problemə görə bıçaq altına yatacaq.

"Burnumda çəpər əyriliyi var. Görünüş üçün yox, problem olduğu üçün edəcəyəm. Tamaşaçılarım da həmişə deyir ki, burnuma əl gəzdirsəm, daha qəşəng olacağam", - deyə müğənni verilişlərdən birində bildirib.

18.06.2024 20:53
show 312