20.04.2021
22:40
325

Aynişan Quliyeva: "Sevən oğlanın yaşı çox olsa da..."

Loading...

Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni, bloger Aynişan Quliyeva sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırıb.

Qlobal.net teleqraf.com-a istinadla Aynişan Quliyeva ilə kiçik müsahibəni təqdim edir.

- Gələcəkdə övladınıza məsləhətiniz nə olacaq?

- Ya üzməyi bacaraqsan, ya da batacaqsan.

- Həyatınızdan film çəkilsə, adını nə qoyardınız?

- Həyatım hələ davam etdiyi üçün filmə ad seçməkdə çətinlik çəkirəm.

- İngilis dili dərslərinizə davam edirsiniz?

- Vaxtım olmadığı üçün ara vermişəm. Amma gün ərzində ingilis dilində kitablar oxuyub, filmlər izləyirəm.

- Müğənni kimi yenidən səhnəyə qayıtmağı düşünürsünüz?

- Sadəcə dəstək olun, qalanı mənlikdir.

- Bir insanın sevmədiyini necə anlaya bilərsiniz?

- Onu anlamaq çətin deyil. Gözlərinə baxanda hər şey bəlli olur. Sevən oğlanın yaşı nə qədər çox olsa da, təmiz duyğu bəsləyirsə, sizi görəndə utanmağa, həyəcanlanmağa başlayacaq. Gözlərinizə çox baxa bilməyəcək.

Avtomobil sürməkdən qorxursunuz?

- İlk zamanlar avtomobil sürərkən həyəcanlı idim. Amma qorxu hissindən məhrum olduğun üçün qorxmadım.

Loading...