659ab81aa79ce202401244130
Aynişan Aygün Bəylərin qızı üçün ADDIM ATDI – VİDEO

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva Aygün Bəylərin qızı ilə bağlı addım atmaq qərarına gəlib.

Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, 1 milyondan çox izləyicisi olan bloger sosial şəbəkə hesabında mərhumun yeniyetmə qızı Cananla bağlı paylaşım edib.

Aynişan paylaşımında qeyd edib: "Aygün xanımın qızına dəstək olmalıyıq, yaşı azdır. Gəlin düşünək, necə edək... Ona görə çox narahatam".

İzləyicilərindən biri ona mərhumun 14 yaşlı qızı üçün bank hesabı açmağı və pul yığmağı təklif edib. Bloger həmin mesajı paylaşaraq izləyicilərindən məsləhət istəyib.

Xatırladaq ki, Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində, xəstəxanada vəfat edib.

07.01.2024 18:40
show 3761