“İndi həm də elə bir fəsildəyik ki, insanların miqrasiyası,
hərəkətliliyi dinamikdir. İnsanlar çimərliklərə, istirahət yerlərinə,
sağlamlıq mərkəzlərinə gedir. Burada insanlar sıxlıq şəraitində olur,
nəticədə təmaslar artır. Təmasların artması da yoluxmanı artırır. Ancaq
bu saat nə Səhiyyə Nazirliyi, nə TƏBİB, nə də Operativ Qərargah hansı
qadağanın tətbiq ediləcəyini deyə bilir. Düşünürəm ki, bu ayın sonuna
qədər məsələ dəyərləndiriləcək. Bilirsiniz, hər tətbiq olunan qadağa
xəstəliyə yoluxan hər bir kəsin təhlili nəzərə alınmaqla
qərarlaşdırılır. Yəni xəstəliyin yoluxuculuğu, peyvəndlənmə prosesinin
səviyyəsi kimi məsələlərə diqqət yetirilir. Yoluxma çoxala bilər. Ancaq
bu o mənaya gəlmir ki, mütləq qadağalara gediləcək. Yəni bu məsələ
kəmiyyətə yox, həm də keyfiyyətə görə dəyərləndirilir”.
Deputat sərt karantin qaydalarının tətbiqini gözləmədiyini bildirib: “Bizim ölkədə insanlar peyvənd olunub, eyni zamanda yoluxmalar
nəticəsində kütləvi immunitet də yaranıb. İndi bu xəstəlik çoxalsa da,
bir növ qripin başqa ştammına çevrilib. Qeyd edim ki, ötən əsrin
ortalarında qrip deyəndə bütün dünya lərzəyə gəlirdi. İndi qrip adi bir
xəstəliyə çevrilib. Eyni zamanda, koronavirus da artıq zəifləyib. Ölüm
halları da çox şükür azdır. Yenə deyirəm, hər halda bu məsələ ayın
axırına kimi təhlil olunacaq və bir qərara gəlinəcək. Ancaq mən
düşünmürəm ki, sərt qadağalar tətbiq ediləcək. Bəli, koronavirus ilk
dövrlərdə çox qorxulu idi. Çünki virus təzə, peyvənd isə yox idi.
İnsanlar virusla bağlı məlumatlı deyildi. İndi isə güclü maarifləndirmə
nəticəsində insanlarda virusa qarşı özünümüdafiə mədəniyyəti yaranıb.
Məsələn, mən özüm hələ də çox insan olan yerlərə getmirəm. Marketə
gedəndə maskadan istifadə edirəm. Peyvəndləmə də olduğu üçün mən
düşünmürəm ki, koronavirusla bağlı əvvəlki kimi təşviş olsun, yaxud sərt
karantin qaydaları tətbiq edilsin”.
“Ancaq vətəndaşlar yenə də özünü qorumalıdır. İndi xeyir işlərə, mərasimlərə icazə verilib. İnsanlar bundan sui-istifadə edib ağını çıxartmamalıdır. Peyvənd sertifikatlarına nəzarət artmalıdır. İndi yay mövsümü ilə əlaqədar müxtəlif yerlərə gedirik, toylara da gedirik, ancaq görürəm ki, əvvəlki kimi sertifikatlara nəzarət yoxdur. Amma bu məsələdə arxayınlıq olmamalıdır”, - deyə deputat bildirib.