64c9ede4ad089202308234716
Ayın 13-ü və cümə günü - Batil inanclar, uğursuzluqlar yoxsa təsadüf ?

13-ün uğursuz say olması ilə bağlı bir çox mif və inanclar var. Doğru və ya yalan olsa da, insanlar bu rəqəmin uğursuz və nəhs olduğuna inanırlar. Təyyarədə 13 oturacaq yoxdur. Otellərin 13-cü mərtəbəsi yoxdur. Belə yerlərdə bu rəqəmdən demək olar ki, istifadə olunmur. 

13 rəqəmini uğursuz sayanlara haqq qazandırmasa belə, insanın ağlına sual işarəsi yaradacaq tarixin 13 rəqəmi (xüsusilə cümə gününə düşən) qəribə və kədərli hadisələrini təqdim edir.

Hadisələrin ortaq cəhəti təbii ki, onların ayın 13-də baş verməsidir.

1. Lexington paroxodu Nyu York yaxınlığında yanaraq, batıb. 139 nəfər ölüb.


13 yanvar 1840-cı il, ABŞ.


2. Episentri Avezzano şəhəri olan zəlzələdə 30.000 nəfər həlak olub, ümumilikdə 60 milyon dollar zərər dəyib.

 

13 yanvar 1915-ci il, İtaliya.
3. Təyyarə qəzasında 70 sərnişin və 4 ekipaj üzvü həlak olub. 4 sərnişin və 1 ekipaj üzvü xilas edilib. 

13 yanvar 1982-ci il, ABŞ
4. Moskva yaxınlığında qəzaya uğrayan təyyarədə 174 nəfər həyatını itirib.

13 oktyabr 1972-ci il, SSRİ.
5. Yük təyyarəsi Santa Kruzun izdihamlı küçəsində qəzaya uğrayıb, 100 nəfər həlak olub.


13 oktyabr 1976-cı il, Boliviya.
6. Bhola qasırğası yarım milyona yaxın insanın ölümünə və 86 milyon dollar ziyana səbəb olub.


13 noyabr 1970-ci il, Banqladeş.

7. Ruiz vulkanının fəaliyyəti nəticəsində 22 min insan həlak olub.


13 noyabr 1985-ci il, Kolumbiya.
8. Costa Concordia gəmisinin batması nəticəsində 32 nəfər həyatını itirib.


13 yanvar 2012-ci il, İtaliya.
9. Yanğın nəticəsində 20.000 kvadrat kilometr ərazi məhv edilib. 72 nəfər həyatını itirib.

 


13 yanvar 1939, Avstraliya.
10. Parisdəki terror aktlarında 137 nəfər həyatını itirib, 368 nəfər yaralanıb.

 


13 noyabr 2015-ci il, Fransa.
11. Rhoads Opera Evində baş verən yanğında 171 nəfər həyatını itirdi.

 


13 yanvar 1908-ci il, ABŞ.
12. Qatar qəzasında 428 nəfər həyatını itirib.


13 yanvar 1985, Efiopiya.
13. And dağlarında qəzaya uğrayan təyyarədə 29 nəfər ölüb, 16 nəfər sağ qalan isə ölüləri yeyib kömək gözləyir.


13 oktyabr 1972, Uruqvay.

(sfera.az)

02.08.2023 09:44
show 501