6520eb2a33a33202310232250
Ayı sıldırım qayaya alpinist kimi dırmaşdı - ŞOK VİDEO

Ayı sıldırım qayaya alpinist kimi dırmaşdı - ŞOK VİDEO

Qlobal.net Oxu.az-a istinadla xəbər verir ki, Rusiyanın Saxalin vilayətinə daxil olan İturup adasında (Kuril adalarından biri) turistlər görünməmiş hadisənin şahidi olublar. Onların gözləri qarşısında uzaqdan görünüşünə görə alpinistə bənzəyən iri ayı qayanın divarı ilə yuxarı dırmaşıb. Düzdür, onun yanında nə alpinist ləvazimatları, nə də yamaca dırmaşmaq üçün kəndirli karabinlər olmayıb. Bu missiya zamanı əyripəncə yalnız caynaqlarından istifadə edib.

Alpinist ayının videosu turistlər tərəfindən sosial şəbəkələrdə yayımlanıb və sonradan qeyd ediblər ki, heyvan sadəcə bir qrup insan tərəfindən qorxmuş ola bilərdi. Bu halda isə vəziyyət tamamilə başqa istiqamət alır, çünki heyvan hər an qaya divarındakı çıxıntıdan tuta bilməyərək yıxıla bilərdi.


07.10.2023 09:24
553