Xalq artisti Aygün Kazımovanın gəlincikləri satışa çıxarılır.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bununla bağlı sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində məlumat verib.
Xüsusi rəssam - heykəltaraş tərəfindən hazırlanan uşaqlar üçün nəzərdə tutulan sözügedən oyuncağın nüsxələrindən biri ilk dəfə proqramda nümayiş olunub.
Kazımova bildirib ki, "Aygün" adlı gəlinciklər hələki məhdud sayda satışa çıxarılacaq: "Satışda fərqli və kiçik forması olcaq. Yanında aksessuarları da yer alır".
Qeyd edək ki, A.Kazımova ötən il "gəlincik" obrazında fotosessiya etdirmişdi. Bu layihə böyük maraqla qarşılanmışdı.