aygün

Aygün yeni imici ilə TƏƏCCÜBLƏNDİRDİ - VİDEO

Xalq artisti Aygün Kazımova yeni imici ilə izləyicilərini təəccübləndirib.

Qlobal.net xəbər verir ki, Azərbaycanın pop musiqisinin kraliçası Aygün Kazımova saçlarını tünd rəngdə fərqli və göz oxşayan bir düzümə salıb. Müğənni jins və ağ köynəkdə kameralara poza verərək təbii və şıq görünüş nümayiş etdirib.

Kazımovanın bu yeni imici sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər onun ünvanına çoxsaylı təriflər yazıb, geyim və saç stilini yüksək qiymətləndiriblər.

Bundan başqa, Aygün Kazımova yeni təqdim etdiyi "Can ol" mahnısı ilə də diqqət mərkəzindədir. Mahnı qısa müddət ərzində "YouTube"da 10 milyondan çox izlənmə toplayaraq trend cədvəllərində birinci sıraya yüksəlib.

Xalq artisti həm imici, həm də mahnısı ilə bir daha izləyicilərinin sevgisini qazanıb. (yenisabah.az)


13.01.2025 17:15
show 172