Xalq artisti Aygün Kazımovanın doğum günü məclisi bitsə də, səs-sorağı hələ də kəsilmir.
Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, Kazımovanın özəl gecəsinə axın edən şou-biznesin məşhur simalarının görüntüləri hələ də sosial şəbəkələrdə paylaşılır.
Dəbdəbəli ad günü məclisində müğənni Səidə Sultanla Aygün Kazımova öz rəqsləri ilə gecəni coşdurublar. Onların görüntüləri isə sosial şəbəkə istifadəçilərinin tənqidinə səbəb olub.
İzləyicilər “Elə bil hamısı dəhşət içiblər, ya da hallanıblar, bu əylənmək, şənlənmək deyil”, “Heç olmasa bu gün yığışdırın, paylaşmayın. Bildik ad günüdür. Baxdıq, təbrik etdik. Şəhidimiz var. Səfirliyimizə hücum edilib. Siz isə kefdə-damaqasınız!”, “Elə bil, səhnəyə gələnlər hamısı soyunmasa, səhnə onları qəbul etmir, biabırçılıqdır!” – kimi şərhlər yazıblar.
Məclisdən olan həmin görüntüləri təqdim edirik: