Aygün Kazımova qırmızı xalıda göz qamaşdırdı – VİDEO
Xalq artisti Aygün Kazımova bu gün “DreamFest” Beynəlxalq Musiqi Festivalında qırmızı xalıya çıxıb.
Qlobal.net xəbər verir ki, sənətçi narıncı uzun libası ilə xalıda addımlayıb.
Kazımova bildirib ki, bu gün üçün dizayner Rüfət İsmayılla çalışıb. O, uzun libasını açıq saçları və eyni rəng eynəyi ilə tamamlayıb. Estrada ulduzunun “look”unda diqqət çəkənlərdən biri də gümüşü rəng çantası olub. (olay.az)