Aygün Kazımova həmkarını səhnədə belə pərt etdi – VİDEO

Xalq artisti Aygün Kazımova həmkarı Eldəniz Məmmədovla səhnədə maraqlı dialoqu gündəm olub.
Qlobal.net xəbər verir ki, diva həmkarını səhnəyə dəvətsiz gəldiyi üçün danlayıb.
Məsələ ilə bağlı Manset.az-a açıqlama verən Eldəniz Məmmədov bildirib ki, Aygün Kazımova onu təhqir etməyib:
“Aygün xanım bizim dəyərli sənətkarımızdır. Orada deyirdim ki, bəylə gəlini səhnəyə dəvət etsin. Bəy mənim dostumun oğludur. O da, deyəsən, hər şey vaxtla idi. Buna görə insident yarandı. Orada heç bir problem yoxdur. Aygün xanım bizim divamızdır və ona böyük hörmətim var. Sadəcə deyib ki, mən danışıram. Ola bilər, mən də səhv etdim. Mənim səhnədə nə işim var idi ki? Gərək deməzdim onu. Bizim bir Röyamız, Aygünümüz, Brilliantımız var. Onların qədrini bilməliyik. Onlar estrada müğənniləridir. Mən də öz sahəmdə 30-35 ildir musiqimizin qorunub saxlanmasına xidmət edirəm”.
Посмотреть эту публикацию в Instagram