Xalq artisti Aygün Kazımova, 54 yaşında da stil və zövqü ilə diqqət çəkməyə davam edir. Pop kraliça, bu dəfə fərqli geyim tərzlərində kamera qarşısına keçərək izləyicilərinə maraqlı bir sual ünvanlayıb.
Qlobal.net xəbər verir ki, müğənni müxtəlif obrazlarını paylaşaraq pərəstişkarlarından hansının ona daha çox yaraşdığını soruşub:
"Canlarım, kiçik bir sorğu edək: Ən çox hansı obrazı və rəngi yaraşdırırsınız?"
Hər zaman dəbi və özünəməxsus tərzi ilə fərqlənən Kazımovanın yeni görüntüləri izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Müğənninin pərəstişkarları onun hər bir obrazının özünəməxsus gözəlliyə malik olduğunu qeyd ediblər. (yenisabah.az)