aygün

Aygün geyimlərinə sərvət xərclədi - FOTOLAR

Xalq artisti Aygün Kazımova Bakıda keçirilən "Dream Fest" beynəlxalq musiqi festivalında geyimləri ilə diqqət çəkib.

Qlobal.net Axşam.az-a istinadla xəbər verir ki, Pop kraliça gecədə 3 fərqli tərzdə görünüb.

Müğənni ilk olaraq qırmızı xalçaya çıxıb. O, bunun üçün narıncı rəngli uzun libas seçib. Kürək dekolteli geyim “Afffair” brendinə məxsusdur. Dəyəri 2100 dollar, yəni 3570 manatdır. Kazımova tərzini “Botegga Veneta” çantası, “Harry Winston” sırğası, “Jimmy Choo” ayaqqabısı ilə tamamlayıb. Çanta 5165 manat, ayaqqabı isə 1740 manatdır.

A.Kazımova konsert səhnəsində də geyimi ilə göz oxşayıb. O, qırmızı rəngli göz qamaşdıran geyim seçib. “Alex Perry” brendinə məxsus geyimin qiyməti 3000 dollar, yəni 5100 manatdır. Kazımova tərzini “Valentino” brendinə məxsus ayaqqabı və “YSL”dən olan sırğa ilə tamamlayıb. Ayaqqabının qiyməti 1250 dollar, yəni 2125 manat, sırğa isə 770 dollar, yəni 1309 manatdır.

Final mahnısını oxumaq üçün ikinci dəfə səhnəyə çıxan müğənni qara uzun yarıqlı paltar seçib. İfaçının "Alex Perry" brendinə məxsus libasının dəyəri 3000 dollar, yəni 5100 manatdır. Pop kraliça "Valentino" brendindən ayaqqabı, "Alessandra Rich"dən olan aksessuarla tərzini tamamlayıb. Aksessuarın dəyəri 550 dollar, yəni 935 manatdır.

Kazımova tədbir üçün geyimlərinə ümumilikdə, 25 044 manat xərcləyib.

31.07.2024 09:27
show 323