Şou-biznes

Aygün Eldənizlə yaşadığı insidentdən danışdı: Səni bağışladım, amma bir də…

Xalq artisti Aygün Kazımova ilk dəfə xanəndə Eldəniz Məmmədov ilə səhnədə yaşadığı insidenti şərh edib.

Qlobal.net xəbər verir ki, Aygün “İki başlı” proqramında məsələyə aydınlıq gətirib.

Kazımova bildirib ki, Eldənizdən belə hərəkət gözləmirdi:

“Səhnəyə çıxmışdım. Danışıram, toyda olan qonaqlarla. Gəlib və əli ilə çiynimə vurur. Dedim ki, inanmaram Eldəniz buna icazə versin. Gördüm yox, yenə çiynimə vurdu. Axırda dedim ki, nə olub? Bir gün gördüm ki, efirdə məni bağışlayır. Eldəniz, gör mən səni bağışlayıram? Eldənizi başqa cür tanıyıram. Bizim ATV-də “Xalq ulduzu” verilişində olub. Hətta dedim, bildiyim Eldəniz deyil. Onu başqa cür tanıyıram. Xanıma utana-utana “salam” verir. Mən səni bağışlayıram. Bir də heç bir xanım müğənni ilə əllə danışma. Bizim elə münasibətimiz də yoxdur. Həm də gözəl dost münasibəti olan adam belə bu münasibəti qəbul etməz. Təəccübləndim. Eldəniz, qohumunun toyu idi, əhvalın yaxşı idi. Bəlkə də işıqlardan məni tanımayıb. Kişi görmüsən məni. Xanımla belə rəftar olmaz. Sənətçi olmasaydın, deyərdim hə. Hamıya nümunə olmalısan”.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от shownews by İsa Şükürov (@show_news)

Related Articles

Leave a Reply

Back to top button