Aygün Bəylərin həbsdə olan qardaşı dəfnə buraxılacaq? - RƏSMİ AÇIQLAMA
Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi
başlayıb.Mərasim S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində
keçirilir.Sənət dostları A. Bəylərlə vidalaşmaq üçün bura toplaşıblar.Manset.az-ın
əldə etdiyi məlumata görə, mərhumun həbsdə olan qardaşı Abbas Hümmətova
bacısının dəfn mərasimində iştirak üçün icazə verilməyib.
Pentensiar Xidmətdən
Manset.az-ın
sorğusuna özəl olaraq bildirilib ki, A.Hümmətovun törətdiyi cinayətin
ağırlıq dərəcəsi nəzərə alınaraq, adıçəkilən məhkumun bacısının dəfnində
iştirakı imkan xaricindədir.
Onun cəzaçəkmə müəssəsinin hüdudlarından
kənara buraxılması üçün əsaslar müəyyən edilməmişdir.
Qeyd edək ki, Abbas
Hümmətov, Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və
Cavid Alxazov 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi
axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovu qətlə yetirərək Qala
qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar. Hüquq mühafizə
orqanları əməkdaşları tərəfindən cinayətin üstü açılıb. Məhkəmənin
hökmü ilə əməkdar artist Aygün Bəylərin qardaşı Abbas Hümmətov 5 il,
Fuad Məmmədzadə 15 il, Elnur Alxazov 15 il, Ramil Əsirov 15 il, Cavid
Alxazov 5 il azadlıqdan məhrum edilib. Elnur Əsirov barəsində bəraət
hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.