677cc4d30b977202501250819

Aygün Bəylərin bacıları arasında miras qalmaqalı - Müğənninin bacısından ŞOK AÇIQLAMA

Bu gün Azərbaycanın mərhum müğənnisi, Əməkdar artist Aygün Bəylərin ölümünün birinci ildönümüdür. 

Onun bacısı Zümrüd Hümbətova Medianews.az-a müsahibə verərək ailədəki vəziyyət və bacılar arasındakı münasibətlərin gərginliyindən danışıb.

“Sağlığında yaxınlaşmayanlar indi şou göstərirlər”

Zümrüd xanım Aygün Bəylərin il mərasiminin Yeni Suraxanı qəsəbəsindəki “Nur” mərasim zalında təşkil ediləcəyini bildirib. Lakin mərasimdə iştirak etməyəcəyini deyib:

“Sağlığında ona yaxın durmayan bacılar indi guya onu çox sevirmiş kimi camaata şou göstərirlər. Mən Aygünü ürəyimdə yaşadıram, digərləri isə göstəriş üçün nəsə edir.”

Bacılar arasında ittihamlar

Zümrüd Hümbətova, xüsusilə bacısı Aynuru ittiham edərək, onun Aygünün ölümündən sonra bütün varidatı öz nəzarətinə götürdüyünü iddia edib:

“Anam rəhmətə gedən kimi evini satıb yedi. Qardaşım tutuldu, onun da malını-mülkünü satıb yedi. İndi də Aygün rəhmətə gedib, hər şey əlindədir. Nə istəyirsə, onu da edir.”

O əlavə edib ki, Aygün sağlığında bütün var-dövlətini ona vəsiyyət etsə də, qəyyumluq sonradan Aynurun nəzarətinə keçib:
“Məni hər şeydən uzaqlaşdırdılar. Halbuki Aygün Cananı mənə etibar etmişdi. İndi kənara çəkilmişəm. Kim nə istəyir, onu da edir.”

“Aygün ailədə hər şeyi dəyişirdi”

Zümrüd xanım Aygünün sağlığında ailədəki münasibətlərin fərqli olduğunu, onun birləşdirici rola malik olduğunu vurğulayıb:
“Aygün sağ olsaydı, hər şey başqa cür olardı. Amma indi mən onun günündəyəm. Haqqına danışıram deyə məni hər şeydən uzaq tuturlar.”

“Hər kəs öz marağını güdür”

Müsahibədə Zümrüd Hümbətova Aygünün qızı Cananın vəziyyətindən də bəhs edib:
“Canan Aynur xalasının yanındadır. Amma qızımın yaşadığı mühit və gördükləri Aygünün istədiyi kimi deyil. Heç kim maraqlanmır. Hərə özü üçün çalışır.”

Mübahisələr və gələcəyə baxış

Zümrüd xanım müsahibədə Aygün Bəylərdən yadigar olaraq yalnız mini disklərin və köhnə pianonun qaldığını bildirib. Onları da əlindən almağa çalışdıqlarını iddia edib:

“Bütün bunları Aygün sağlığında mənə vermişdi. Mənim pulda, varislikdə gözüm yoxdur. Heç kim öz var-dövlətini özü ilə aparmır. Kəfəndən başqa.”

Aygün Bəylərin sənəti və xatirəsi

Mərhum müğənninin ən çox sevdiyi və yadda qalan mahnılarından biri “Tut ağacı”dır. Zümrüd xanım bu mahnının Aygünün yaradıcılıq irsində xüsusi yer tutduğunu deyib:

“Tut ağacı” mahnısı ilə Aygün öz möhürünü vurub. Məzardaşı üzərində də tut ağacı simvolu var. Bu mahnı əbədi olaraq yaşayacaq, elə Aygün kimi.”

06.01.2025 15:13
show 2877