6538f878259ff202310231400
Aygün Bəylər xəstəxanaya yerləşdirildi - FOTO

Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib. 

OLAY yazır ki, bu barədə şairə Nazilə Səfərli məlumat verib. 

Milli Onkologiya Mərkəzində Aygün Bəylərlə foto paylaşan şairə "Tez sağalın, əvəzsiz sənətkar! İnanıram ki, tez zamanda sağalıb, xalqa konsert verəcəksiniz!" sözlərini yazıb.

Qeyd edək ki, bir müddət öncə Aygün Bəylərin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bəlli olub. O, müalicə aldıqdan sonra xərçəngə qalib gəldiyini açıqalayıb. 

25.10.2023 15:12
show 385