Ayətəl-Kürsi Qurani-Kərimin ən əzəmətli ayəsi hesab olunan Bəqərə surəsinin 255-ci ayəsidir və Allahın əzəmətini, elmini və mütləq hakimiyyətini ifadə edir.
Qlobal.net bildirir ki, bu ayə Allahın təkliyini, Onun hər şeyi əhatə edən bilik və qüdrətini təsvir edərək insanları yalnız Ona təvəkkül etməyə çağırır. Ayətəl-Kürsi oxumaq, xüsusilə qorunmaq, bərəkət əldə etmək və Allahın rəhmətinə yaxın olmaq üçün tövsiyə edilən güclü zikrlərdən biridir.
Tərcüməsi: Bağışlayan və mehriban Allahın adı ilə! Allahdan başqa heç bir Tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan ) Əbədi, əzəli varlıq Odur. O, nə mürgü,nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Allahın izni olmadan qiyamətdə onun hüzurunda kim şəfaət edə bilər?! O,bütün yaranmışların keçmişini və gələcəyini bilir. Yaranmışlar Allahın elmindən, Onun özünün istədiyindən başqa, heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək onun üçün heç də çətin deyil. Ən uca, ən böyük varlıq da Odur! Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Kim Şeytanı inkar edib Allaha inam gətirsə, o, artıq qırıla bilməyən ipdən yapışmış olur. Allah eşidəndir, biləndir. Allah ona iman gətirənlərin dostudur,onları zülmətdən çıxardıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Şeytandır. Onları işıqdan ayırıb, zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada əbədi olaraq qalacaqlar.