Aybaşı dövrü bir çox qadın üçün həm fiziki, həm də emosional dəyişikliklərin yaşandığı xüsusi bir prosesdir. Bu dövrdə hormon səviyyəsindəki dalğalanmalar bədəndə müxtəlif reaksiyalara səbəb ola bilər.
Qlobal.net bildirir ki, düzgün qidalanma vərdişləri sayəsində bu dövrü daha rahat keçirmək mümkündür. Hər qadının aybaşı təcrübəsi fərqli olduğu üçün bu dövrdə qidalanmaya xüsusi diqqət göstərmək olduqca vacibdir.
Düzgün qidalanma seçimi bu prosesi daha sağlam və rahat keçirməyə kömək edə bilər. Aybaşı dövründə yetərli və balanslı qidalanma həm enerji ehtiyacını qarşılayır, həm də hormonların tarazlıqda qalmasına dəstək olur. Xüsusilə dəmir və maqneziumla zəngin qidalar bu dövrdə bədənin güclənməsinə və enerjinin qorunmasına kömək edir. Aşağıda bu dövrdə yeyilməsi tövsiyə olunan qidalar, ağrıları azaldan yeməklər və içkilər, uzaq durulmalı qidalar və şirin istəklərinə qarşı mübarizə üsulları barədə faydalı məsləhətlər yer alır.
Bu dövrdə bəzi qidalar bədən üçün çox faydalı ola bilər. Enerjini yüksək saxlamaq və narahatlığı azaltmaq üçün bu qidaları seçmək böyük önəm daşıyır:
Dəmir və maqnezium mənbəyi qidalar: Qırmızı ət, yumurta və quru paxlalılar bu ehtiyacları ödəyə bilər. Dəmir çatışmazlığı aybaşı zamanı daha da arta bilər, buna görə də bu mineralla zəngin qidalar tövsiyə olunur.
Yaşıl yarpaqlı tərəvəzlər: Xüsusilə ispanaq və kələm həm dəmir, həm maqnezium baxımından zəngindir. Sümükləri gücləndirə və əzələlərin daha yaxşı işləməsinə kömək edə bilər.
Balıq, xüsusilə somon: Omega-3 yağ turşuları ilə zəngin olduğu üçün hormon tarazlığına dəstək olur. Həmçinin iltihabı azalda bilər.
Badem, qoz kimi çərəzlər: Maqnezium və sağlam yağlarla zəngin olduqları üçün enerji verir, şirin istəklərini azalda bilər.
Meyvələr (banan, avokado): Kaliumla zəngin olduqları üçün şişkinliyi azalda bilər. Banan enerji səviyyəsini sabit saxlayır, avokado isə toxluq hissi verir.
Probiyotiklər (qatıq, kefir): Bağırsaq sağlamlığını dəstəkləyir və həzm sisteminin tarazlanmasına kömək edir.
Təbii ot kökləri (məsələn, qarahindiba): Bədəndə yığılan artıq suyun atılmasına kömək edir, şişkinliyi və sancıları azalda bilər.
Bitki çayları (papatya, melisa, razyana): Rahatladıcı təsir göstərərək əzələləri boşalda bilər. Həmçinin həzmi yaxşılaşdırır.
Suyun çox içilməsi və ödem azaldan içkilər: Toksinlərin atılmasını və ümumi sağlamlıq vəziyyətinin yaxşı qalmasını dəstəkləyir.
Zəncəfil: Güclü iltihabəleyhinə təsiri ilə ağrını yüngülləşdirə bilər. Çayı hazırlanaraq içilə bilər. Mədə bulantısına da yaxşı təsir göstərir.
Yüksək şəkərli qidalar: Qan şəkərində dalğalanmalara səbəb ola bilər, emosional qeyri-sabitlik yarada bilər.
Kofein (qəhvə, çay, qazlı içkilər): Sinir sistemini oyadaraq ağrıları artırə bilər.
Emal olunmuş və qablaşdırılmış qidalar: Duzlu və qatqılı olduqları üçün şişkinliyi artıra və narahatlıqları gücləndirə bilər.
Alkoqol: Su balansını pozur, fiziki və zehni halı mənfi təsirləyə bilər.
Ədviyyatlı yeməklər: Mədə turşusunu artıraraq mədə narahatlığını şiddətləndirə bilər.
Qızardılmış və yağlı yeməklər: Həzm sistemini yükləyir, sancıları gücləndirə bilər.
Tam taxıllı məhsullar: Qan şəkərini sabit saxlayaraq toxluq hissi yaradır. Tam buğda çörəyi və ya qranola tövsiyə olunur.
Meyvələr: Təbii şəkərlə şirin istəklərini qarşılayır. Banan və çiyələk bu baxımdan çox faydalıdır.
Kakao tərkibli yüngül şirniyyatlar: Serotonin ifrazını artıraraq əhvalı yaxşılaşdıra bilər. Bitter şokolad kimi az şəkərli variantlar uyğundur.
Quru meyvələr və fındıq yağı: Zülal və sağlam yağlarla zəngindir, şirin istəklərini bastıra bilər və uzunmüddətli toxluq hissi yaradır.
Fidan
Qlobal.net