Müğənni Afət Fərmanqızı "Dağlar oğlu" mahnısının ifaçısı Ayaz Allahverdiyevlə münasibətlərinin pozulmasına aydınlıq gətirib.
Qlobal.net bildirir ki, moderator.az-a açıqlamasında bildirib ki, mahnısını Ayaza dəstək olmaq üçün oxuyub.
"Yutub işlərimə baxan Əli Gəncəli adlı bir şəxs var. O mənə dedi ki,
"eloğlum var, 1 ildən çoxdur ki, "Dağlar oğlu" adlı mahnı oxuyub, heç
kəs onu tanımır" Mənə bildirdi ki, Vəfa Şərifova bu mahnını icazəsiz
oğurlayıb oxuyub, biz də onu yutub kanalından sildirmişik. Vəfaya yığıb
dedim ki, hər kimdirsə azərbaycanlımızdır, sən onunla duet oxu, həm də
mahnıya gözün düşüb. Vəfa dedi ki, "mən elələri ilə duet oxumuram,
mahnını silmişəm". Hətta mənə dedi ki, dueti özün oxu da". Duet oxumaq
fikrim yox idi. Onlar çox yalvardılar ki, duet oxuyaq. Yoldaşım da dedi
ki, eybi yox, kömək edək də. Mahnını oxudum. Həmin ifanı Əli Polimehrin
köməyi ilə 40 İran instaqram səhifəsində paylaşdırdım. Mahnı necə
deyərlər tanındı və gündəm yaratdı. Mahnı tutandan sonra Vəfanın mahnıya
tamahı tutdu. Axı o vaxt mahnını silmişdi. Ayaz tez-tez mənə şikyət
edirdi ki, Vəfa məni saymır, mahnını tik-toka qoyur. Mən də ona deyirdim
ki, 5 min al qoy oxusun. Dedi ki, "100 min də versə mən kişiyəm,
mahnını Vəfaya vermərəm". Sən demə o Vəfadan 4 min alıb mahnını ona
verir, mənə də bildirmir. Mən də Vəfaya deyirəm ki, niyə belə
hörmətsizlik edirsən?! Məlum olur ki, Ayaz mənim vasitəmlə Vəfanı
qısqandırır. Yəni mənim vasitəmlə Vəfadan pul almaq üçün bu üsuldan
istifadə edir. Sonra yoldaşıma yazır ki, "Vəfanın əri məni ölümlə
hədələyir". Mənə və yoldaşıma yazdığı mesajlar da əlimdədir, sizə təqdim
edəcəyəm. O elə bilir ki, canını qurtaracaq, deyəcək ki, o mesajları
Afət özü-özünə yazıb. Ekspertiza var, yazışmalar var, səsləri var.
Deyirdi ki, mahnını sənə halal edirəm, onlar oxusa ruhum rahat olmaz.
Yoldaşım onun ikiüzlü olduğunu biləndən sonra ona deyib ki, sən nə axmaq
adamsan?! Bizi niyə bu oyunun içinə salmısan?! O da yoldaşımın ünvanına
təhqiramiz ifadələr işlədib" deyə o bildirib.
Afət Fərmanqızı bildirib ki, Vəfa Şərifova ilə münasibətlərinin pozulmasına Ayaz Allahverdiyev vəsilə olub.
"Amma mən Vəfadan inciyirəm, Ayazdan yox. Ayazı biz tanımırıq, hələ
bilmirik ruhi vəziyyəti necədir? Bəlkə o şizofreniya xəstəsidir?! Mən
Vəfanı tanıyıram, o da məni. Mən Vəfaya zəng etmişəm ki, sən bu mahnını
oxumaq istəyirsənsə mən icazəsini alıram?! Deyir ki, yox, silmişəm
mahnını. Mənə deyir ki, gedin siz duet oxuyun, işiniz avand olsun. Özü
götürüb bu yandan mahnını oxuyur. Qəşəng münasibətimiz var idi. O görür
ki, mahnı tutdu, 3 aydan sonra Ayazı dilə tutub, pul verir və mahnını
Ayazdan alır. Bəs bizim dostluğumuz harada qaldı?!" deyə müğənni
bildirib.