Sankt-Peterburqdakı Həmkarlar İttifaqları Humanitar Universitetinin tələbələrinə qırxılmamış ayaqları ilə dərsə gəlmək qadağan edilib.
Universitetin dekanları qız tələbələrin epilyasiyasız, uzun dırnaqlı, açıq-saçıq paltarda, idman ayaqqabısı və sandaletlə dərsə gəlməsinə icazə vermir.
Təhsil ocağı nümayəndələrinin sözlərinə görə, onların da öz ədəb qaydaları var və onlara münasibət bildirmək fikrində deyillər.
“Yalnız qeyd edirik ki, bizim tərəfimizdən tətbiq edilən qaydalar Rusiyanın mövcud qanunvericiliyinə, Elmi Şurasının və Sankt-Peterburq Dövlət Unitar Müəssisəsinin tələbə hökumətinin mövqelərinə uyğun gəlir" - məlumatda bildirilib. (lent.az)