Ayaq ağrısına belə son qoyun

Ayaq ağrısına belə son qoyun

Günün müxtəlif vaxtlarında fərqli səbəblərlə ayaqlarımız ağraya bilər. Bu vəziyyət uzun müddət davam etdikdə isə narahatlıq yaratmağa başlayır, həyat keyfiyyətini aşağı salır və insanı “Ayaq ağrısına nə yaxşı gəlir?” sualını düşünməyə məcbur edir. Məhz buna görə bu gün istəyirik ki, ayaq ağrısının səbəblərinievdə hansı üsullarla yüngülləşdirilə biləcəyini araşdıraq.

Hər zaman olduğu kimi bir xəbərdarlıqla başlayaq:
Əgər ayaq ağrılarınız çox güclüdürsə və səbəblərini müəyyənləşdirmək istəyirsinizsə, mütləq həkimə müraciət edin. Aşağıda qeyd edilən üsullar müalicə məqsədli deyil, yalnız həkiminizin məsləhəti ilə dəstəkləyici tədbir kimi istifadə oluna bilər.


Ayaq ağrısı nə səbəbdən yaranır?

Ayaq barmaqlarınızda, topuqda və ya daban hissəsində ağrı varsa, səbəbini müəyyənləşdirmək ağrıdan qurtulmaq üçün ilk vacib addımdır. Aşağıda ayaq ağrısının ən çox rast gəlinən səbəblərini görə bilərsiniz:

  • Yanlış hərəkət etmək

  • Uyğunsuz ayaqqabı və ya şlaqet geyinmək

  • Ayağın burxulması, zədələnməsi

  • Yanlış idman hərəkətləri

  • Az istirahət

  • Uzun müddət ayaq üstə qalmaq

  • Boy və çəkiyə uyğun olmayan ayaq ölçüsü

  • Çəkic barmaq, düztabanlıq kimi ayaq deformasiyaları

  • Sümük əriməsi (osteoporoz) və ya iltihablanma

  • Sinir sıxışması

  • Topuq dikəni

  • Damar tıxanıqlığı

  • Varikoz

  • Yaşa bağlı problemlər

  • Həddindən artıq çəki


Ayaq ağrısına nə yaxşı gəlir?

Aşağıdakı üsullar, ayaq ağrılarını azaltmaqda köməkçi ola bilər:

Epsom duzu

  • Kasa və ya leğəni isti su ilə doldurub içinə Epsom duzu əlavə edin. Ayaqlarınızı bu suda saxlayın.

  • Kasa yoxdur? Vannada da istifadə edə bilərsiniz.

  • Əzələləri boşaldır və iltihabı azaldır.

Sirkə

  • Xüsusilə alma sirkəsi ağrını və iltihabı azaltmaqda faydalıdır.

  • Ayaqlarınızı alma sirkəsi əlavə etdiyiniz ilıq suda saxlayın.

Zəncəfil çayı

  • Güclü iltihab əleyhinə təsiri var.

  • Hər gün 1 fincan zəncəfil çayı içmək kifayətdir.

Mixək yağı

  • Təbii ağrıkəsici təsirə malikdir.

  • Mixək yağını az miqdarda zeytun yağı ilə qarışdırıb ağrılı nahiyəyə dairəvi hərəkətlərlə masaj edin.

  • Bir müddət gözlədikdən sonra durulayın.

Adaçayı

  • Həm çay kimi içilə bilər, həm də ayaq vannasında istifadə oluna bilər.

  • İlıq suya 1 fincan dəmlənmiş adaçayı əlavə edin və ayaqlarınızı suda saxlayın.

Zərdəçal

  • Zəncəfil kimi antiinflamatuvar təsir göstərir.

  • Süd və ya zeytun yağı ilə qarışdırılıb ağrılı yerə sürtülə bilər.

  • Eyni zamanda zərdəçallı süd də içilə bilər.

Efirdə yağlar (esansiyel yağlar)

  • Nanə, lavanda və digər yağlar ağrını azaltmağa kömək edə bilər.

  • Zeytun yağı ilə qarışdırıb masaj edərək istifadə edin.

  • İstifadədən sonra ilıq su və sabunla durulayın.

Ayaq masajı

  • Əzələ ağrıları və ya yanlış hərəkətlər nəticəsində yaranan ağrılarda yüngül masaj faydalıdır.

  • Masaj qan dövranını artırır, rahatlıq verir.

Buz tətbiqi

  • Əgər burxulma və ya zədə varsa, buz tətbiq edin.

  • Buzu bir bezə bükün və ağrılı hissəyə yüngülcə tətbiq edin.

Ayağı yuxarı qaldırmaq

  • Uzun müddət ayaq üstə qalmaqdan yaranan ağrılarda ayaqlarınızı uzadaraq yüksək bir yerə qoyun.

  • Bu, qan dövranını tənzimləyəcək və ağrını azaldacaq.

22.04.2025 15:08
show 49