6553886411820202311234700
Ayanın bu sözləri məşhurları dəli etdi - VİDEO

Müğənni Ayan Babakişiyeva lüks brend geyinən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb.

Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, MTV telekanalında yayımlanan "Tarixin bir günü" verilişində qonaq olan ifaçı Aygün Kazımova, Röya Ayxan, Gülay Zeynallı və özündən başqa heç kimin lüks brendlərdən geyinmədiyini açıqlayıb. 

Onun bu fikirləri qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq qınaq atəşinə tutulub.

Hətta digər şou-biznes nümayəndələri də bu fikirlərə səssiz qalmayıblar, müğənni Xuraman Şuşalı "Bilmədim gülüm, yoxsa ağlayım", aktrisa Pərvin Abıyeva "Xətrimə dəyirlər..." kimi şərhlər yazıblar. 


14.11.2023 18:45
show 669