Ayan başına gələn dəhşətdən danışdı: “Həkimlər dərdimi tapa bilmədilər”

Müğənni Ayan Babakişiyeva illər əvvəl yaşadığı hadisəni bölüşüb.
Axşam.az xəbər verir ki, sənətçi “Afaqla 10lar” proqramında səhhətində yaranan problemə görə ölümlə üz-üzə qaldığını deyib:
“Hadisə illər əvvəl olub və bunu ancaq ailəm bilir. Tanımadığım bir insan həmin sözü dostuma demişdi. Deyib ki, sənin çalışdığın müğənnini yuxumda görürəm, bir həftə ərzində həyatdan yox olacaq. İnanmadım, amma psixoloji beynimə saldım. Evdə idim və qəfildən huşumu itirdim. Ailə həkimim məni özəl klinikaya apardılar. Bütün analizlər yerində idi. Dərdimi tapa bilmirdilər. Bir az müdaxilə edildi və özümə gəldim. 2 gün sonra ürəyim dayandı, 17 saniyəlik kliniki ölüm keçirtdim. Bədənim allergiya oldu, iynələr vurdular. Hətta mağar da danışılmışdı ki, Ayan ölür. Su içirdim onu belə qaytarırdım. Həmin vaxt ağır dövrlərdən keçirdim. “Hə, yox” deyə bilmirdim, səsim öz başımı belə ağrıdırdı. Çətinliklərdən keçirdim, onlar təsir etdi. Orqanizm deyirdi ki, dayan, stressə dözə bilmirəm. Mənə Allah ömür versin, övladım üçün”.



