643eaac318a2b202304233547

Ayan Babakişiyevadan Rövşanəyə: "Etikası yoxdur, özü sual verir, özü də cavab verir" - FOTO

Müğənni Ayan Babakişiyeva bloger Nagehan Abdullayeva ilə aparıcı Rövşanə Ağasəfqızı arasında yaşanan qalmaqala münasibət bildirib.  

Qlobal.net xəbər verir ki, sənətçi hər iki məşhurun verilişdən olan görüntülərinin paylaşıldığı show_news instaqram səhifəsinə öz fikirlərini yazaraq reaksiya verib. 

Ayan Ağasəfqızının ünvanına sərt sözlər söyləyib: "Bir sualın məğzi olar, qonaq da ona uyğun cavab verər. Ümiyyətlə, bu jurnalistin özü sual verir, özü də cavab verir. Nə dinləmə etikası, nə də düzgün yanaşması yoxdur. Vallah Nagehan da elə cavab verib ki, bir sualı özün başa düş, sonra təqdim elə. Nagehan Abdullayeva, elə doğrudan da zor eləmisən". 

Nagehan isə Babakişiyevanın şərhinə "Ayan Babakişiyeva, çox təşəkkür edirəm, var olun" sözlərini yazaraq təşəkkür edib.Daha sonra səhifədə sözügedən şərhlər bağlanıb.(baku.vs) 

18.04.2023 18:33
show 810