16.07.2021
11:40
93

"Ayaks" 33 yaşlı kapitanı ilə müqaviləni uzatdı

Loading...

Niderlandın "Ayaks" klubu kapitanı Duşan Tadiçlə yeni müqavilə imzalayıb.

"Report" Amsterdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı futbolçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılıb.

33 yaşlı yarımmüdafiəçinin əvvəlki müqaviləsi 2023-cü ilin iyununda başa çatmalı idi.

Qeyd edək ki, Serbiya millisinin də formasını geyinən Duşan Tadiç 2018-ci ildən "Ayaks"da çıxış edir.

Loading...