ofeliya

Ay ərini 3 qəpiyə satan təlxək! - Həmkarını TƏHQİR ETDİ

Müğənni Ofelya Şabanova qalmaqallı açıqlamalar verib.

Qlobal.net xəbər verir ki, ad çəkmədən həmkarlarından birini hədəf alan sənətçi gözünü yumub, ağzını açıb.

Şabanova acı sözlərlə onu yerdən-yerə vurub:

"Ərini 3 qəpiyə satan təlxək! Məni kimləsə səhv salma! Elə qadınları sevmərəm və ətrafımda ola bilməzlər. Keçmişim də, bu günüm də tərtəmizdir. Azərbaycanda kişilərin bacısı adını qazanan xanımam. Hər müğənniyə bu nəsib olmur.

Özünlə məni qarışdırma "balaca şinanay". Onsuzda qanun qarşısında görüşəcəyik. Çox böyük səhvə yol verib. Ay bədbəxt, kimin holdinqində oturub, paşalıq edirsən? Mənə söz atmaq başın üçün deyil. Məşhur olmaq istəyirsənsə, məni yığardın ki, adımı çək, edərdim. Ancaq reklamım bahadır, sən isə çox ucuz birisən". (milli.az)

03.04.2025 13:33
show 1698